Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
İdman gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Qətərin paytaxtı Dohada keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Kişilərin yarışında Nikita Simonov halqalar üzrə proqramı uğurla yerinə yetirərək həlledici mərhələyə yüksəlib.

Qadınlarda isə dayaqlı tullanma proqramında Nazənin Teymurova finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışa aprelin 20-də yekun vurulacaq.

Xəbər 105 dəfə oxundu.