“İnter” İtaliya çempionatında növbəti oyununu keçirib
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” İtaliya çempionatında növbəti oyununu keçirib. Milan təmsilçisi öz meydanında “Kalyari”ni qəbul edib. Məhsuldar keçən matç 2:2 hesabı ilə başa çatıb. “Neftçi”nin rəqibinin qollarını 11-ci dəqiqədə Palasio və 82-ci dəqiqədə avtoqola imza atan Astori vurublar. Məğlubiyyətdən sona 8 dəqiqə qalmış avtoqolla qaçan “İnter” 2-ci pillədə qalıb. 13 turdan sonra 28 xalı olan milanlılar lider “Yuventus”dan 4 xalı geri qalır.

Xəbər 912 dəfə oxundu.