Zlatan İbrahimoviç və onun avtomobilləri
5 ölkə, 7 klub, 9 çempion titulu, bədənində 11 döymə, 20-dən artıq fərdi mükafat və banklardan banklara, bir klub hesabından digərinə var-gəl edən milyonlarla Avropa pulları – bütün bunlar Zlatan İbrahimoviçin parlaq və ziddiyyətli karyerasının rəqəmləridi. Bu riyaziyyatda futbolçunun avtoparkı da yer alır.

Əslinə görə də olmasa, pasportuna görə isveçli olan Zlatanın avtoparkında «Volvo» xüsusi yer tutur. Bu markanın ən orijinal görünüşlüsü «VolvoC30» T5 RDesign 2,5 litrlik həcmi və 230 at gücü olan beşsilindirli mühərriklə hərəkətə gəlir. Rahat oturacaq və sükan, məlumat qurğuları, 10 dinamikli əla akustik sistem C30-un özəl tərəflərindəndir.

İdman.com.az saytı xəbər verir ki, «Volvo» ilə Zlatan tək Malmöyə getmir. Bu avtomobil onun Milandakı qarajında da olub. Lakin İtaliyadakı avtoparkın mirvariləri həmin apennin ölkəsinin təmsilçiləridi. Əgər «Ferrari 360-Spider» çətin ki, kimisə təəccübləndirərsə, lakin unikal supermaşın «Ferrari Enzo» əsl mirvaridi. Formula-1-lərə xas müasir texnologiyalarla maksimal təhciz olunmuş bu maşın elə əslində vətəndaş libaslı idman avtomobilidir. Altısilindirli V12 mühərriki rahatca 651 at gücünü verir.

Avtomobil ictimaiyyətə ilk dəfə 2002-ci ildə Fyoranodakı yerli avtodromda, sonra isə Paris avtosalonunda təqdim olunmuşdu. Bu maşından 349 ədəd istehsal etmək planlaşdırılırdı. Lakin həmin maşınlar heç yığılmağa başlamamışdat satılıb qurtarmışdı. Tələbatın böyüklüyü səbəbindən daha 42 maşının istehsalına qərar verilmişdi. Onlardan da birini Çempionlar Liqasında 6 fərqli klubla qol vurmuş tək futbolçudur.
İbrahimoviçin maşın bazarında növbəti alveri «Maserati GranTurismo Mc Stradale» oldu. Bu maşını Zlatan «Milan»ın 18-ci skudettosu münasibəti ilə özü-özünə hədiyyə etmişdi. Maşının dalınca özü Modenaya gəlmişdi. Necə də olmalıydı?

Alman bazarı ilə onun münasibətləri elə də sabit deyil. «Barselona»da top qovarkən İbrahimoviç bir dəfə məşqlərə sponsor müqaviləsinin şərtlərinə görə «Audi» ilə getmək məcburiyyətində qaldığını söyləmişdi. Lakin sonra Makvsvellin təklif etdiyi nəqliyyat vasitəsini ikinci pilot kimi sınaqdan çıxartdı və bu vəziyyətlə barışdı. Bu gün onun avtoparkında həmin konsernin iki təmsilçisi var – tam ölçülü Q7 və sedan S8-Quattro.

Qarajda Ştuttqart mühəndislərinin də əl işləri var. Futbolçu əsas seçimini «Porsche Cayenne Turbo» və «Porsche Carrera GT» üzərində dayandırıb.
Oktyabrın son günlərində İbrahimoviçi Paris avtosalonunda görüblər. Orada futbolçunu «Lamborghini Gallardo LP560-4» maraqlandırıb. 5,2 litrlik onsilindirli mühərrikin gücü 570 at gücünədəkdi. Təqdimatda olan 6 fərqli versiyadan hansının Zlatanın qarajına düşəcəyini yaxında öyrənərik.

Xəbər 1157 dəfə oxundu.