Rikkardo Kuarejma həbs olunub
«Beşiktaş»ın yarımmüdafiəçisi Rikkardo Kuarejma doğma şəhəri Lissabonda polis zabitinə hücum çəkdiyinə görə həbs olunub. İdman.com.az saytının məlumatına görə, zərərçəkən polis xəstəxanaya yerləşdirilib. Futbolçunun yaxalanması bu cür baş verib:

Kuarejma parkda oyunçunun anasının çantasını oğurlayan cinayətkara çatmaq istərkən polis onu saxlayaraq aqressiv reaksiyaya təhrik edib.
TVI 24 kanalının məlumatına görə, polis xəstəxanaya yerləşdirilsə də, ciddi xəsarət almayıb.

Xəbər 1243 dəfə oxundu.