«Beşikdaş»da transfer hərəkatı başlanır
«Beşikdaş» qış transfer dövrü üçün işlərə başladı. İdman.com.az saytının məlumatına görə, «qara-ağlılar»da baş məşqçi Samet Aybabanın hazırladığı hesabat istiqamətində transfer komitəsi işlərinə başlayıb.

Aybabanın israrla istədiyi ilk ad «İstanbul Bld.»-dən Pyer Vebodu. 31 yaşındakı qolçu üçün bələdiyyəçilər 3 milyon avro istəyərkən, transfer komitəsi bu ödənişi salmağa çalışacaq.

Vebonun «Beşikdaş»a gəlməyə meylli olduğu və klubların razılaşması olarsa, müqaviləyə imza atmağa hazır olduğu bildirilir. Kamerunlu futbolçu üçün «İstanbul Bld.» rəhbərliyi ilə görüşməyə hazırlanan «Beşikdaş» rəsmiləri futbolçunun dəyərində razılıq əldə edilməyəcəyi təqdirdə transfer istiqamətini digər adlara yönəldəcəklər.

Səməd Aybabanın heyətdə görmək istədiyi digər futbolçu Ozan İpəkdir. «Bursaspor»da heyətdən kənar qalan Ozan İpeki israrla istədiyini dilə gətirən Aybaba, transferlə məşğul olan klub təmsilçilərindən bu futbolçu ilə bağlı müsbət xəbərlər gözləyir.

Xəbər 2168 dəfə oxundu.