Azərbaycan boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb | |
Azərbaycan boksçusu Zidan Hümbətov Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb. 51 kq çəkidə mübarizə aparan yığma üzvü Cemi Kollinsdən (İrlandiya) güclü olub. O, ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibi diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib. Boksçu növbəti döyüşünü aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək. Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Artur Vayslaya (Latviya) uduzub. Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq. |
|
Xəbər 103 dəfə oxundu. |
|
|