Azərbaycanın 4 qadın cüdoçusu Yaponiyada təlim-məşq toplanışına qatılıb | |
Azərbaycanın 4 qadın cüdoçusu Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva Yaponiyada təlim-məşq toplanışına qatılıblar. Rəşad Məmmədovun rəhbərliyi altında hazırlıq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir. Aprelin 11-dək davam edəcək təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 108 dəfə oxundu. |
|
|