"Zirə” ən böyükhesablı ev qələbəsini qazanıb | |
“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb. Rəşad Sadıqovun yetirmələri buna Azərbaycan Premyer Liqasının XXIX turunda nail olublar. Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - 3 top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub. “Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/2016 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib. |
|
Xəbər 133 dəfə oxundu. |
|
|