"Sabah" Premyer Liqada səfərdə 100-cü qolu buraxıb | |
“Sabah” Azərbaycan çempionatlarında səfərdə 100-cü qolu buraxıb. Bu, Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la görüşünə təsadüf edib. Bakı klubu 0:2 hesabı ilə uduzduğu oyuna qədər rəqib meydanlarında 99 top buraxmışdı. Hesabı açan Aleks Souza paytaxt təmsilçisinin qapısından 100-cü topu keçirib. “Sabah” 85-ci səfər matçında bu qolu buraxıb. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|