Azərbaycan Premyer Liqası: "Turan Tovuz" və "Qarabağ" paytaxt klubları ilə üz-üzə gələcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək. Günün ilk matçı Tovuzda olacaq. "Turan Tovuz" doğma azarkeşləri önündə "Sabah"ı qəbul edəcək. Bölgə klubu 36 xalla 7-ci, paytaxt təmsilçisi 40 xalla beşinci pillədə qərarlaşıb. İkinci görüşdə çempionluğu rəsmiləşdirən "Qarabağ" "Səbail"i sınağa çəkəcək. "Köhlən atlar"ın 69 xalı var. "Dənizçilər" isə 36 xalla altıncıdır. Azərbaycan Premyer Liqası XXIX tur 6 aprel 16:00. "Turan Tovuz" – "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Tovuz şəhər stadionu 20:00. "Qarabağ" – "Səbail" Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq. |
|
Xəbər 129 dəfə oxundu. |
|
|