Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununa çıxacaq | |
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstan ilə üz-üzə gələcək. B Liqasının I qrupunun oyunu Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Baş hakim ingiltərəli Kirsti Doul olacaq. Qrupun digər matçında Türkiyə İsveçrənin qonağı olacaq. Bu görüş saat 21:00-da start götürəcək. |
|
Xəbər 65 dəfə oxundu. |
|
|