Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb | |
Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib. Açılış mərasimi sabah saat 17:30-da başlayacaq. Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər. Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq. Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. |
|
Xəbər 79 dəfə oxundu. |
|
|