Ən çox xal toplayan voleybolçuların adları açıqlanıb
Çempionlar Liqasının I dövrəsinin yekununa əsasən ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Azərbaycan klublarından “Lokomotiv” və “Rabitə”nin oyunçuları ilk “10-luq”da yer alıblar.

Belə ki, yalnız “Azərreyl”in üzvlərinin yer almadığı (klubun ən məhsuldar voleybolçusu Meqan Hodj 43 xalla 23-cü yerləri bölüşür) dekadada ən yaxşı göstəricimiz “Lokomotiv”in çexiyalı hücumçusu Aneta Havlikovaya məxsusdur. Mövsümün əvvəlində “dəmiryolçu” olan legionerimiz 69 xalla 2-ci pillədə qərarlaşıb. O, birinci olan “Qalatasaray”lı Rosir Karderon Diasdan 1 xal geri qalır ki, bu da səbəbsiz deyil. Çünki kubalı Havlikovadan 1 set artıq oynayıb.

“Rabitə”nin voleybolçusu Madeleyne Montano isə cədvəldə 8-cidir. O, Diasdan 13 xal geri qalır. Kolumbiyalı legionerimiz isə liderdən 3 hissə az meydanda olub.

Qalatasaray 3 13 70
Lokomotiv 3 12 69
Myulhaus 3 12 65
Rabitə 3 10 57

Xəbər 1341 dəfə oxundu.