Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq.

“Şüa” İdman Kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Xəbər 86 dəfə oxundu.