Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb
Futbol üzrə Azərbaycan Kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

Bu, turnirin yarımfinal mərhələsində 7 qolun vurulması ilə mümkün olub.

"Qarabağ" səfərdə "Neftçi"ni (4:0), "Zirə" isə evdə "Qəbələ"ni (2:1) məğlub edib.

Daha çox qola 2008/2009 mövsümündə təsadüf olunub. Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edib.

Xəbər 87 dəfə oxundu.