"Sabah"ın U-13 komandası "Ravenna Cup"da 5-ci olub
İtaliyanın Ravenna şəhərində keçirilən "Ravenna Cup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-13 komandası 5-ci yeri tutub.

Təmsilçimiz pley-off mərhələsində İtaliyanın "Monteserra" klubu ilə qarşılaşıb.

Qolsuz başa çatan matçın penaltilər seriyasında məğlub olan Nasir Nəsirlinin yetirmələri turnirdə çıxışını başa vurub.

"Monteserra" yarışın qalibi olub, "Sabah" isə "Ravenna Cup"u 35 komanda arasında 5-ci pillədə başa vurub.

Xəbər 109 dəfə oxundu.