"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib | |
"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. Bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib. Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub. "Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub. Bu həm də Qurban Qurbanovun "Qarabağ"da baş məşqçi kimi 10-cu çempionluğudur. Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək. |
|
Xəbər 118 dəfə oxundu. |
|
|