“İnter” heyətdə yenilənmə aparmaq qərarına gəlib
Hazırda Topaz Premyer Liqasında 1-ci pillədə olan “İnter” heyətdə yenilənmə aparmaq qərarına gəlib. Baş məşqçi Kaxaber Sxadadze zəif təsir bağışlayan iki legionerlə yolları ayırmaq qərarına gəlib.

Bunlar Haynts Barmettlerlə Arafat Cakodur. Hər iki futbolçu komandaya mövsümün əvvəlində qoşulmuşdu. Ancaq onlar ümidləri doğrultmadığından, gürcü çalışdırıcı hazırda əvəzedici komandaya göndərilmiş futbolçulara qışda “yaxşı yol” deməyə hazırlaşır. “İnter”lə müqavilələri növbəti mövsümün sonunda başa çatacağından, həmin oyunçular əvvəlcə transferə çıxarılacaq.

Qeyd edək ki, bu siyahıda Samir Zərgərovun da adı olub. Ancaq sonradan Sxadadze bu futbolçuya şans verərək onu əsas komandaya qaytarıb.

Xəbər 1113 dəfə oxundu.