Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək | |
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək. "Qarabağ Arena"da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub. |
|
Xəbər 121 dəfə oxundu. |
|
|