Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb.

Təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.

Xəbər 117 dəfə oxundu.