AFFA “Bakı”nın 3 futbolçusunu cəzalandırdı, 2 kluba xəbərdarlıq etdi
AFFA İntizam Komitəsi noyabrın 13-də keçirilmiş iclasında “Azercell U-17 Liqa”nın 12 noyabrda baş tutmuş “İnter” – “Bakı” matçı haqqında verdiyi qərara matçın hakiminin və hakim-inspektorunun raportları əsasında yenidən baxaraq əlavələr edib. Fanat.az xəbər verir ki, 3 futbolçunu cəzalandırıb.
Belə ki, oyun başa çatdıqdan sonra “Bakı”nın futbolçuları – Valeh Seyidov, Azamat Qarayev və Vüqar Namazəliyev aqressiv hərəkətə görə (rəqibə zərbə) hər bir futbolçu 4 oyunluq cəzalandırılıb.
Oyundan sonra meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi “İnter” klubuna təhlükəsizliyi yüksək şəkildə təmin etməsi haqqında xəbərdarlıq edilib. Oxşar halların “Bakı” klubunun iştirakı ilə dəfələrlə baş verdiyini, klubdaxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Qeyd edək ki, İntizam Komitəsinin 13 noyabr tarixli iclasında bu oyuna görə “Bakı”nın futbolçusu Azamat Qarayev cəzalandırılmışdı. O, qarşılaşmanın 80+1-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəza almışdı.

Xəbər 964 dəfə oxundu.