Futbolumuzun 30000-ci üzvü
2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Artıq bu sistemdə qeydiyyata alınanların sayı 30 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 30000-ci üzvü “Coca-Cola Məktəbli kuboku”nda çıxış edən Saatlı rayonu Ə.Əhməd adına tam orta məktəbin 5-ci sinif şagirdi Adil Həsənovdu.

Xəbər 852 dəfə oxundu.