Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək | |
Martın 15-də qadın basketbolçular arasında Azərbaycan çempionatı start götürəcək. Azərbaycan Qadınlar Liqası adı altında keçiriləcək 2 dövrədən ibarət yarışda 6 komanda mübarizə aparacaq. Bunlar "AzStars", "Alov", "Neftçi", "Xırdalan", "Gəncə" və "Qaradağ" klublarıdır. Reqlamentə əsasən, müntəzəm mövsümün sonunda ilk 4 pilləni tutan komandalar "dördlər finalı"nda çempionun adına aydınlıq gətirəcəklər. Çempionatın oyunları Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək. |
|
Xəbər 116 dəfə oxundu. |
|
|