Ağır atletlər Bakıya gəlir
Dekabrın 14-15-də Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri (İWF Grand Prix) – Bakı Beynəlxalq Kuboku keçiriləcək. Yarışda 25 ölkə iştirak edəcək.
Belə ki, Qran-piridə millimizlə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Macarıstan, Polşa, Türkiyə, Rusiya, Rumıniya, Albaniya, Serbiya, Slovakiya, Bolqarıstan, Yunanıstan, Litva, Moldova, Ukrayna, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan, Qazaxıstan və İran yığmaları mübarizə aparacaqlar.
Reqlamentə əsasən, 53 və 58 kq çəki dərəcəsində qadınlar, 62 və 69 kq çəki dərəcəsində kişilər qüvvəsini sınayacaq. Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

Xəbər 1163 dəfə oxundu.