Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
Bu gün kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra "Azərreyl" 35 xalla turnir cədvəlinə başçılıq edir. “Murov Az Terminal” 28 xalla ikinci, 22 xallı “Neftçi” isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 116 dəfə oxundu.