Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb | |
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. Azərbaycan çempionu Almaniyada "Bayer"in qonağı olub. "BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. "Köhlən atlar" 62-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib. Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb. |
|
Xəbər 109 dəfə oxundu. |
|
|