Tələbələr arasında dünya çempionatı davam edir
Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatı davam edir. Yarışın 3-cü günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə rusiyalı Maqomed İbiyevlə üz-üzə gəlib. 15:7 hesabı ilə qalib gələn həmyerlimiz dünya çempionatına qələbə ilə başlayıb. 56 kq çəki dərəcəsində yarışan Cavid Çələbiyevin görüşü isə daha çətin alınıb. O, türkiyəli boksçunu 4 xal fərqlə məğlub edib – 13:9. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də Türkiyə idmançısı üzərində qələbə qazanıb. Yığmamızın üzvü Ural Qarslıoğlunu 11:3 hesabı ilə üstələyib.

Son olaraq boksçularımızdan Emin Əhmədov rinqə çıxıb. O, ukraynalı Taras Makarovu 1 xal fərqlə məğlub edib – 15:14.

49 kq
Salman Əlizadə (Azərbaycan) - Maqomed İbiyev (Rusiya) - 15:7
Oljas Bainiazov (Qazaxıstan) - Ferhat Pəhləvan (Türkiyə) - 7:13

56 kq
Abdullah Dursun (Türkiyə) - Cavid Çələbiyev (Azərbaycan) - 9:13
Mahir Paşayev (Rusiya) – Oleq Prudkiy (Ukrayna) tam üstünlüklə Paşayev qalib gəlib

64 kq
Dmitri Qalaqot (Moldova) - Ruslan Urix (Rusiya) - 10:13
Heybətulla Hacəliyev (Azərbaycan) - Ural Qarslıoğlu (Türkiyə) - 11:3

75 kq
Taras Makarov (Ukrayna) - Emil Əhmədov (Azərbaycan) - 14:15
Amir Süleymanov (Rusiya) - Abzal Kuttibekov (Qazaxıstan) - 8:4

Xəbər 959 dəfə oxundu.