Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb
Taekvondo üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərində keçirilən Fuceyra açıq çempionatında medal qazanıb.

36 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

İdmançı yarımfinaladək Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən taekvondoçulara 2:0 hesabı ilə qalib gəlib. Lakin o, finala gedən yolda misirli rəqibinə məğlub olaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan yığması böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal əldə edib.

Xəbər 69 dəfə oxundu.