Argentina klubu Bakıda mətbuat konfransı keçirəcək
Sabah “Baku Fires” (Azərbaycan) – “Argentina Condors” (Argentina) Dünya Boks Seriyasının (WSB) matçına həsr olunmuş mətbuat konfransı keçiriləcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində saat 12:50-də başlayacaq. Tədbirdə həm də çəki mərasimi olacaq.

Xatırladaq ki, matç 17 noyabr tarixində saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Xəbər 956 dəfə oxundu.