Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal görüşünə çıxacaq
Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal görüşünə çıxacaq.

125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı buna təsəlliverici qarşılaşmada gürcüstanlı Givi Matçaraşviliyə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.

O, üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Meyson Parrislə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan güləşçiləri Vaxit Qalayev (125 kiloqram) və Gültəkin Şirinova (55 kiloqram) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, reytinq turnirinin ilk günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) bürünc medal qazanıblar.

Xəbər 14 dəfə oxundu.