Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 4 qol vurulub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.

Açılış oyunu “Turan Tovuz” və “Səbail” komandaları arasında keçirilib. Tovuz şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 24-cü dəqiqədə Ayxan Quseynov açıb. Luis Paçu 73-cü dəqiqədə ikinci topu paytaxt klubunun qapısından keçirib. Qonaqlar 81-ci dəqiqədə Pedro Nunu ilə fərqi minimuma endirsələr də, Paçu 5 dəqiqə sonra özünün ikinci, komandasının isə üçüncü qoluna imza ataraq yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra Tovuz təmsilçisi 25 xalla 6-cı pilləyə yüksəlib. “Səbail” isə 27 xalla 5-ci yerdə qalıb.

Qeyd edək ki, turun növbəti oyunlarında “Kəpəz” “Qarabağ”ı, “Zirə” “Sabah”ı, “Araz-Naxçıvan” “Sumqayıt”ı, “Neftçi” isə “Sumqayıt”ı qəbul edəcək.

Xəbər 126 dəfə oxundu.