Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci pilləyə yüksəlib
Azərbaycan minifutbol millisi dünya reytinqində ikinci yerə yüksəlib.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda 3 pillə irəliləyərək buna nail olub.

Yığmamızın hesabında 3000 xal var. Dünya Minifutbol Federasiyasının (WMF) açıqladığı yeni reytinq cədvəlinə 4125 xalla Rumıniya başçılıq edir. İlk “üçlüy”ü Macarıstan (2600 xal) qapayır.

Qeyd edək ki, Rumıniya son dünya, Azərbaycan isə Avropa çempionudur.

Xəbər 109 dəfə oxundu.