Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun proqramı bəlli olub
Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında VIII turun proqramı bəlli olub.

Qadınların mübarizəsində tur "Bakı" - "Kür" oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlayacaq.

Yanvarın 28-də, saat 10:00-da "İdman Akademiyası" - "Azəryol", 12:00-da isə "Gənclərbirliyi - "Qarabağ" görüşləri gerçəkləşəcək.

Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da "Təhsil" - "Kür", saat 14:00-da "Qarabağ" - "Azəryol" oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da "Dinamo" və "İdman Akademiyası" kollektivləri meydançaya çıxacaqlar.

Bütün matçlar "AHF Arena"da təşkil olunacaq.

Xəbər 111 dəfə oxundu.