Azərbaycan atleti ölkə rekordunu yeniləyib
Azərbaycan atleti Amir İsmailov U-18 oğlanlar arasında ölkə rekorduna imza atıb.

O, buna 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyində nail olub.

Amir İsmailov 60 metr məsafəyə sədlərlə qaçışda 8.47 saniyə nəticə göstərərək, Azərbaycan rekordunu yeniləyib.

Xəbər 131 dəfə oxundu.