Azərbaycan karateçiləri Parisdə Premyer Liqa turnirində çıxış edəcəklər
Azərbaycan karateçiləri Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turnirində çıxış edəcəklər.

Yanvarın 26-28-də gerçəkləşəcək yarışın mükafatları uğrunda millimizin 7 üzvü mübarizə aparacaq.

Kişilərin birinciliyinə Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) qatılacaq. Qadınlar arasında Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) fəxri kürsüyə yüksəlməyə çalışacaq. Öllkəmizi hakim qismində isə Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcək.

Milli komandamız Parisə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov və qurumun İdarə Heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi altında yollanıb.

Xəbər 133 dəfə oxundu.