Azərbaycan Basketbol Liqası: “Xırdalan” əlavə vaxtda “Sabah”ı məğlub edib | |
Azərbaycan Basketbol Liqasında XII turun növbəti oyunu keçirilib. Günün ikinci görüşündə “Sabah” və “Xırdalan” komandaları üz-üzə gəlib. Əlavə vaxta gedən oyun qonaqların 107:103 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ilk matçında “Xəzri” “Cəlilabad”a 100:81 hesabı ilə qalib gəlib. Turun digər görüşləri yanvarın 26-28-də reallaşacaq. “Sumqayıt” “Sərhədçi”ni, “Gəncə” "NTD-İndiqo"nu, “Şəki” isə “Neftçi”ni qəbul edəcək. Qeyd edək ki, turnir cədvəlinə 22 xalla "Xəzri" başçılıq edir. "Sabah" 21 xalla 2-ci, "NTD-İndiqo" 20 xalla 3-cü, "Xırdalan" isə 19 xalla dördüncü pillədə qərarlaşıb. |
|
Xəbər 176 dəfə oxundu. |
|
|