Yüksək Liqa: “Murov Az Terminal” liderliyi ələ keçirib
Kişi voleybolçular arasında Yüksək Liqada IX turun növbəti oyunu keçirilib.

Günün yeganə qarşılaşmasında “Murov Az Terminal” MOİK-i qəbul edib.

Matç ev sahiblərinin 3:1 (25:18, 23:25, 25:8, 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Murov Az Terminal” 18 xalla liderliyə yüksəlib. Hesabında xalı olmayan MOİK isə sonuncu pillədədir.

Xəbər 132 dəfə oxundu.