Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən “Murov Az Terminal” - “Gəncə” (3:0) qarşılaşmasından sonra baş tutub.

Federasiya rəhbəri yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib.

Məşqçi və mütəxəssislərlə də söhbət edən Ş.Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.

Xəbər 98 dəfə oxundu.