Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum olub
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları bəlli olub.

Mart ayında baş tutacaq hər iki görüş “Azersun Arena”da oynanılacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Matçların başlama saatı hələlik məlum deyil.

Xəbər 120 dəfə oxundu.