Azərbaycanın stolüstü tennis yığması ilk dəfə Avropa çempionatında iştirak edəcək
Yanvarın 24-də 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək.

Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək.

Zemfira Mikayılova və Ləman Abdulhəmidova milli komandanın baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi altında qitə çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan yığması ilk dəfə Avropa çempionatında qüvvəsini sınayacaq. Z.Mikayılova ilə L.Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələnib. Yarışa yanvarın 28-də yekun vurulacaq.

Xəbər 126 dəfə oxundu.