Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Son oyun günündə iki qarşılaşma keçiriləcək.

“Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq. Meydan sahibləri 14 xalla sonuncu, “kimyaçılar” isə 27 xalla 4-cü pillədə qərarlaşıb.

Günün digər matçında Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Ağdam klubu 41 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvanlılar isə 26 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası

III dövrə, XIX tur

23 yanvar

16:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ”– “Araz-Naxçıvan”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, turun "Sabah" - "Neftçi" və "Səbail" - "Zirə" görüşlərində heç-heçə qeydə alınıb. Qərb derbisində isə "Kəpəz" "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.

Xəbər 138 dəfə oxundu.