Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Fərdi və sinxron proqram üzrə ölkəni batut yarışlarında qadınlarda Selcan Mahsudova, kişilərdə Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev təmsil edəcəklər.

Tamblinq üzrə isə Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir fevralın 23-25-də Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Xəbər 130 dəfə oxundu.