Premyer Liqa: "Səbail" "Zirə" ilə üz-üzə gələcək, Qəbələdə qərb derbisi olacaq | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək. Ilk matç Bakıda reallaşacaq. Paytaxt təmsilçilərinin duelində "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Meydan sahibləri 26 xalla 5-ci, qonaqlar 29 xalla 3-cü pillədə qərarlaşıb. Günün ikinci görüşü Qəbələ şəhər stadionunda gerçəkləşəcək. "Kəpəz" və "Turan Tovuz" komandaları qərb derbisində qarşılaşacaqlar. Bu matç isə saat 17:30-a təyin edilib. Gəncə təmsilçisi 14 xalla 9-cu, Tovuz klubu 22 xalla 8-ci sıradadır. Azərbaycan Premyer Liqası XIX tur 15:00. “Səbail” – “Zirə” Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. “ASCO Arena” 17:30. “Kəpəz” – “Turan Tovuz” Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Azər Əsgərov. Qəbələ şəhər stadionu Qeyd edək ki, ötən gün "Sabah" - "Neftçi" matçında qolsuz bərabərlik qeydə alınıb. Turun "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları yanvarın 23-də keçiriləcək. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|