Həndbol üzrə Azərbaycan çempionatı: "Azəryol" lideri məğlub edib
Qadın həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu keçirilib.

"Azəryol" "Qarabağ"la üz-üzə gəlib.

Qarşılaşma "Azəryol"un 28:27 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" 12 xalla liderdir. "Azəryol" 11 xalla ikinci, "Kür" 9 xalla üçüncü, "İdman Akademiyası" 6 xalla dördüncü, "Bakı" 4 xalla beşinci, xalı olmayan "Gənclərbirliyi" altıncı sırada qərarlaşıb.

Xəbər 138 dəfə oxundu.