Premyer Liqa: "Neftçi" ilin ilk oyununda "Sabah"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edəcək.

Matç saat 16:00-da başlayacaq. "Ağ-qaralar" 28 xalla 3-cü, meydan sahibləri 22 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.

Xəbər 119 dəfə oxundu.