AFFA prezidenti: “Nəticədən razıyam”
DÇ-2014-ün seçmə mərhələsində Belfast şəhərində keçirilmiş Şimali İrlandiya – Azərbaycan qarşılaşmasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev oyun barədə fkirlərini bildirib. AFFA prezidenti nəticədən razı qaldığını söyləyib:
“Son dəqiqələrdə qələbəni əldən verdik. Əlavə vaxtda yaxşı oynaya bilməsək də, nəticədən razıyam. Gənc futbolçulardan da razı qaldım. Çətin səfər oyununda xal qazandıq. Nəticəni normal sayıram”.

Xəbər 932 dəfə oxundu.