Azərbaycan atleti Çexiyada gümüş medal qazanıb
Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

İdmançı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 7.51 metr nəticə göstərib.

Nazim Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.

Xəbər 132 dəfə oxundu.