"Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi səfərdə qələbə qazanıb
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Artur Jorjenin baş məşqçisi olduğu komanda XVIII turda səfərdə "Famalikan"ı 2:1 hesabı ilə məğlub edib.

Xallarının sayını 36-ya çatdıran "Braqa" dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 46 xalla “Sportinq” başçılıq edir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Xəbər 128 dəfə oxundu.