Azərbaycan Basketbol Liqası: “Xəzri” müvəqqəti liderliyə yüksəlib
Azərbaycan Basketbol Liqasında XI turun oyunları davam edir.

Günün ilk oyunda “Gəncə” və “Xəzri” komandaları üz-üzə gəlib. Gərgin keçən görüş paytaxt klubunun 96:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda isə “Xırdalan” və “Sumqayıt” komandaları qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.

Qeyd edək ki, rəqiblərindən bir oyun artıq keçirən “Xəzri” 20 xalla liderdir. “Gəncə” isə 13 xalla 9-cu yerdə qərarlaşıb.

Xəbər 126 dəfə oxundu.