Çempionlar Liqasında növbəti oyunlar keçirilib
Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. III turda “Rabitə” və “Azərreyl”in rəqibləri də üz-üzə gəliblər.

Belə ki, B qrupunda “Villa Kortese” (İtaliya) “Agel”i (Çexiya) qonaq edib. Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. Lakin buna baxmayaraq, I dövrəni “Rabitə” vahid lider kimi başa vurub.

“Azərreyl”lə eyni qrupda yer alan “Dresdner” (Almaniya) “Əczaçıbaşı”nı (Türkiyə) sınağa çəkib. Lider olan İstanbul təmsilçisi növbəti qələbəsini qazanaraq, birinci pillədəki yerini möhkəmlədib.


Çempionlar Liqası
III tur

B qrupu
“Atom” (Polşa) - “Rabitə” (Azərbaycan) - 0:3 (19:25, 22:25, 25:27)
“Villa Kortese” (İtaliya) - “Agel” (Çexiya) – 3:1 (25:23, 25:19, 22:25, 25:22)

Xəbər 1089 dəfə oxundu.